“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb
Bakının “Neftçi” futbol klubu müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb.

Azsport.az kluba istinadla xəbər verir ki, anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək "ağ-qara" formanı geyinəcək.

Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.

Xəbər 385 dəfə oxundu.