Bu gün sərbəst güləşçilərimiz "Poland Open" turnirində mübarizəyə başlayacaqlar | |
Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək. Reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar. Yarışın proqramına əsasən, bu gün H.Əliyev və Ş.Şərifov, sabah sə H.Hacıyev mübarizəyə start verəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq. |
|
Xəbər 423 dəfə oxundu. |
|
|