Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində "Günün sürücüsü" seçilib | |
Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində "Günün sürücüsü" seçilib. Formula 1-in rəsmi saytında azarkeşlər arasında təşkil olunan sorğuda "Aston Martin" komandasının almaniyalı pilotu bütün rəqiblərini qabaqlayaraq bu ada sahib olub. Sıralanma turunu 11-ci pillədə başa vuran S.Fettel əsas yarışda ikinci olaraq komandasına Formula 1-də ilk podium qazandırıb. Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastyan Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb. |
|
Xəbər 393 dəfə oxundu. |
|
|