Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayıblar | |
İyunun 6-da Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək. Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Bu gün mübarizəyə dörd cüdoçumuz qoşulub. Belə ki, Davud Məmmədsoy Romarik Vend-Yam Buda (Fransa) qarşılaşmasının qalibi ilə görüşəcək. Kəramət Hüseynov isə Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası) ilə qarşılaşacaq. Hər iki cüdoçumuz 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Qadınların yarışında isə 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva Sabina Gilyazova (İspaniya) ilə görüşəcək. |
|
Xəbər 418 dəfə oxundu. |
|
|