Azərbaycan idmançısı zədələnib | |
Azərbaycan Olimpiya komandasının üzvü Veliçko Çolakov (+105 kq) məşq zamanı əlindən zədə alıb. Qeyd edək ki, ağırlıqqaldıranımız London Olimpiadasında avqustun 7-də podiuma çıxmalı idi. Beləliklə, Böyük Britaniya paytaxtına 6 idmançı (5 kişi, 1 qadın) ilə yollanan ağırlıqqaldırma üzrə millimizin daha öncə 5 üzvü Olimpiadada çıxış etdiyindən möhtəşəm oyunlar onlar üçün başa çatıb. Qeyd edək ki, ölkəmizin aktivində olan hələlim yeganə bürünc medalı ağırlıqqaldıran Valentin Xristov (56 kq) qazanıb. |
|
Xəbər 1269 dəfə oxundu. |
|
|