Sabiq Formula 1 pilotu Enrike Bernoldi Azərbaycan Qran-Prisində stüard kimi debüt edəcək
İyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü stüardı müəyyənləşib.

Bu vəzifəyə Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilk dəfə Enrike Bernoldini dəvət edib.

Sabiq Formula 1 pilotu, “Champ Car”, “Indycar” və “WEC” yürüşlərinin iştirakçısı olan E.Bernoldi ilə yanaşı, mübahisəli məqamları Almaniyanın DMSB Assosiasiyasının doktoru Herd Ennzer və alman stüard hazırlama proqramının kuratoru, Formula 3, Formula 2 və Formula E yürüşlərinin stüardı Akim Lot qiymətləndirəcəklər.

Yerli stüard isə Azərbaycan Avtomobil Federasiyasını təmsil edən Anar Şükürov olacaq.

AZƏRTAC

Xəbər 422 dəfə oxundu.