“Brembo” şirkəti Azərbaycan Qran-Prisinin trasında ən sərt tormozlama nöqtəsi barədə videoçarx hazırlayıb
“Brembo” şirkəti Azərbaycan Qran-Prisinin trasında ən sərt tormozlama nöqtəsi barədə videoçarx hazırlayıb.

Birinci döngədən sonra pilotlar yolun 107 metrlik hissəsində 1,85 saniyə ərzində sürəti 334 kilometr/saat-dan 125 kilometr/saat-a endirəcəklər. Tormoz pedalına düşən maksimum güc 131 kiloqram təşkil edəcək və pilotlar 2891 kilovat tormozlama gücündə 5,5 g (sərbəstdüşmə təcilinin 5,5 misli) qədər gərginlik hiss edəcəklər.

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi iyunun 4-6-da, Bakı şəhər halqasında təşkil olunacaq. COVID-19 pandemiyası səbəbindən ötən il Azərbaycan mərhələsi keçirilməyib.

AZƏRTAC

Xəbər 391 dəfə oxundu.