Formula 1 Azərbaycan Qran-Prisi Yaponiyanın idman mediasının diqqət mərkəzindədir | |
İyunun 4-də Bakıda başlayacaq Formula 1 Azərbaycan Qran-Prisi Yaponiyanın idman mediasının diqqət mərkəzindədir. Nüfuzlu “jp.motorsport.com” və “as-web.jp” idman saytları Azərbaycan Qran-Prisi barədə ətraflı məlumatlar yayıblar. Məlumatlarda həmin saytlar tərəfindən canlı yayımlanacaq yarışların cədvəli ilə yanaşı, Bakı şəhər halqası barədə yerli oxuculara ətraflı məlumat verilir. Dərc edilən silsilə məlumatlarda yarışa qatılacaq idmançıların Bakı şəhər halqası, ötən illərdə əldə etdikləri təcrübə, hazırlıq səviyyəsi barədə fikirləri də əksini tapıb. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da keçiriləcək. Azərbaycan paytaxtı 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. Ötən il koronavirus pandemiyasına görə Azərbaycan Qran-Prisi təşkil olunmayıb. |
|
Xəbər 424 dəfə oxundu. |
|
|