Cüdo üzrə milli komandamızın yeni geyim formaları təqdim edilib
Azərbaycan Cüdo Federasiyasında kişilərdən və qadınlardan ibarət milli komandamızın üzvləri ilə görüş keçirilib.

Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov iyun-iyul aylarında cüdoçularımızın iki nüfuzlu yarışda - dünya çempionatında və Olimpiya Oyunlarında mübarizə aparacaqlarını diqqətə çatdırıb. O, həmçinin millinin üzvlərinin bu mötəbər yarışlara hazırlıq məqsədilə beynəlxalq və yerli təlim-məşq toplanışlarında iştirak edəcəyini bildirib.

Görüşdə milli komandamızın yeni məşq və idman geyim dəstləri nümayiş etdirilib. Sonra məşqçi, idmançı və texniki heyətə yeni geyim formaları təqdim olunub.

Federasiya rəhbərliyi cüdoçularımıza qarşıdan gələn yarışlarda daha böyük uğurlar qazanmağı arzulayıb.

Xəbər 445 dəfə oxundu.