Yozef Blatter Mişel Morqanellanın komandadan qovulmasına dair maraqlı fikir səsləndirib
FİFA prezidenti Yozef Blatter İsveçrə olimpiya yığmasının futbolçusu Mişel Morqanellanın komandadan qovulmasına dair maraqlı fikir səsləndirib. İdman.com.az saytının məlumatına görə, isveçrəli funksioner bütün futbol ailəsi adindan məyusluğunu dilə gətirib.

Morqanella komandası Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzduqdan sonra “Twitter “ sosial şəbəkəsindəki səhifəsində rəqibin ünvanına irqçi təhqirlər səsləndirmişdi. Bu üzdən də komandadan kənarlaşdırılmışdı.

Blatter isə məsələylə bağlı bunları söyləyib: “Onun artıq evə göndərildiyinə ümid edirəm. Bütün futbol ailəsi adından məyusluğumu dilə gətirmək istəyirəm. Bu, futbola, ümumilikdə Olimpiya Oyunlarına yaraşmayan hadisədi. Belə oyunçunun komandadan qovulmasını tam dəstəkləyirəm. İndi gərək İsveçrə Futbol Assosiasiyası məsələni araşdırsın. Ardından bütün materiallar bizə verilməlidi. Çünki olay beynəlxalq matçla bağlıdı. Morqanella mütləq cəzalanmalıdı”.

Xəbər 1016 dəfə oxundu.