Türkiyə və Azərbaycan milli komandalarının yoldaşlıq oyununu idarə edəcək hakimlər açıqlanıb | |
Türkiyə və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununu idarə edəcək hakimlər açıqlanıb. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək. Matçın əsas referisi Genc Nuzaya olacaq. Ona Fatlum Berişa ve Bujar Selimay kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Visar Kastrati yerinə yetirəcək. Qeyd edək ki, mayın 27-də Alanyadakı “Oba” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. |
|
Xəbər 426 dəfə oxundu. |
|
|