Belarus millisi Azərbaycan yığması ilə oyun üçün heyətini açıqlayıb | |
Futbol üzrə Belarus yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Baş məşqçi Georgi Kondratyev 23 oyunçuya dəvət göndərib. Heyətdə qapıçılar - Anton Çiçkan (BATE), Pavel Pavlyuçenko ("Rux"), Vladislav Vasilyuçek ("İsloç"), müdafiəçilər - Denis Polyakov ("Kayrat", Qazaxıstan), Maksim Volodko (BATE), Kirill Peçenin ("Rux"), Nikolay Zolotov ("Kolos", Ukrayna), Maksim Şveçov ("Dinamo- Minsk"), Qleb Şevçenko, Ruslan Xadarkeviç (hər ikisi "Şaxtyor" Soliqorsk), İqor Zayats ("Qomel"), yarımmüdafiəçilər - Yevgeni Yablonski (BATE), Maks Ebonq ("Astana", Qazaxıstan), Roman Yuzepçuk, Yevgeni Şevçenko, Denis Qreçixo (hamısı "Rux"), Vladislav Klimoviç ("Dinamo-Minsk"), Dmitri Podstrelov ("Şaxtyor" Soliqorsk), Dmitri Antilevski ("Torpedo-BelAZ"), Yevgeni Beryozkin ("Liepaya", Latviya), Pavel Sedko ("Dinamo-Brest"), hücumçular - Maksim Skavış (BATE) və Andrey Solovey ("Qomel") yer alıblar. Qeyd edək ki, Belarus - Azərbaycan oyunu iyunun 2-də Minskdə təşkil olunacaq. “Dinamo” stadionunda oynanılacaq görüşdə azarkeşlərin iştirakına icazə verilib. Artıq matçın biletləri satışa çıxarılıb. |
|
Xəbər 391 dəfə oxundu. |
|
|