Bu gün “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son beş turunun partiyaları oynanılacaq | |
Mayın 25-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son beş turunun partiyaları oynanılacaq. Yarışda iştirak edən Şəhriyar Məmmədyarov ilk oyununu argentinalı Alan Piçota qarşı keçirəcək. Sonrakı turlarda niderlandlı Aniş Giri, çinli Liren Dinq ilə üz-üzə gələcək şahmatçımız son iki turda Rusiya təmsilçiləri Aleksandr Qrişuk və Daniil Dubovu sınağa çəkəcək. Turnirdə mübarizə aparan digər təmsilçimiz Teymur Rəcəbov isə Aniş Giri, Liren Dinq, Aleksandr Qrişuk, Daniil Dubovla qarşılaşmalardan sonra sonuncu turda Maqnus Karlsen ilə üz-üzə gələcək. Qeyd edək ki, T.Rəcəbov ötən 10 turun nəticəsinə görə, 6,5 xalla liderlər qrupunda mübarizə aparır. Ş.Məmmədyarov isə 5 xalla 10-cu sıradadır. “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Bu gün ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir. |
|
Xəbər 415 dəfə oxundu. |
|
|