Teymur Rəcəbov iddiaçılar turnirində iştirak edəcək
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak edəcək şahmatçıları müəyyənləşdirib.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi bu nüfuzlu yarışda iştirak edəcək.

İddiaçılar turnirində T.Rəcəbovdan başqa bu ilin dekabrında dünya çempionu adı uğrunda keçiriləcək qarşılaşmada məğlub oyunçu (Maqnus Karlsen - Yan Nepomnyaşi), 2021-ci ilin avqustunda keçiriləcək dünya kubokunun qalibi və finalçısı, noyabrda Men adasında təşkil ediləcək “Grand Swiss 2021”də ilk iki yeri tutan şahmatçı və 2022-ci ildə təşkil ediləcək Qran-Pri seriyasının nəticələrinə görə ilk iki yeri tutan şahmatçı mübarizə aparacaq.

Xatırladaq ki, ötən ilin martında Teymur Rəcəbov dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən FIDE-yə iddiaçılar turnirini başqa vaxta təxirə salmağı təklif etmişdi. FIDE isə bu təklifə sərt reaksiya verərək T.Rəcəbovu turnirdən uzaqlaşdırmaq barədə qərar vermişdi.


Xəbər 430 dəfə oxundu.