İradə Aşumova bu gün XXX London Yay Olimpiya Oyunlarında növbəti dəfə hədəf önünə çıxacaq | |
Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova bu gün XXX London Yay Olimpiya Oyunlarında növbəti dəfə hədəf önünə çıxacaq. İdman.com.az saytının məlumatına görə, 10 m məsafəyə atəşaçma yarışlarında 39-cu olan güllə atıcımız ikinci cəhdində 25 m məsafədən dəqiqliyini yoxlayacaq. Finala vəsiqə uğrunda 74 snayper yarışacağından atletlər 2 qrupa bölünüb. Aşumova bu yarımqruplardan birincisində yer alıb ki, həmin 37 idmançı saat 13:00-da mübarizəyə başlayacaq. Hər 2 qrupun yekun nəticəsinə əsasən isə 8 ən güclü idmançı finala yüksələcək. Qeyd edək ki, həlledici mərhələ saat 19:30-da start götürəcək. |
|
Xəbər 1291 dəfə oxundu. |
|
|