“Sumqayıt” Azərbaycan Kuboku uğrunda final oyununda "Keşlə” ilə qarşılaşacaq | |
Bu gün Azərbaycan Kubokunda 2020/2021 mövsümünün final oyunu keçiriləcək. "Bank Respublika Arena”da oynanılacaq həlledici matçda "Keşlə” və "Sumqayıt” üz-üzə gələcək. AZƏRTAC xəbər verir ki, Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:30-da başlayacaq. "Sumqayıt” futbol klubu bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. "Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamaq hüququ qazanacaq. "Sumqayıt” kubokun qalibi olsa, Premyer Liqada 4-cü olan "Zirə” avrokuboklarda iştirak edəcək. |
|
Xəbər 421 dəfə oxundu. |
|
|