Paralimpiyaçımız Nurlan Babacanov dünya kuboku yarışlarında üçüncü olub | |
Azərbaycan paralimpiyaçısı Nurlan Babacanov (97 kq) Tbilisidə keçirilən dünya kuboku yarışlarında fərqlənib. Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pauerliftinq idman növü üzrə milli komandamızın üzvü N.Babacanov 190 kiloqram nəticə göstərərək yarışın bürünc medalına sahib olub. Yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır. Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (107 kq-dan yuxarı) dünya kuboku yarışlarında qızıl medala sahib olub. |
|
Xəbər 401 dəfə oxundu. |
|
|