“Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub | |
Mayın 23-də futbol üzrə Fransa çempionatının 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib. Bu, 38 turdan sonra 83 xal toplayan “Lill” klubu olub. Onlar bir xalla “Paris Sen-Jermen” komandasını qabaqlayıb. Son turda “Lill” səfərdə “Angers” klubunu 2:1 hesabı ilə məğlub etdikdən sonra tarixində dördüncü dəfə Fransa çempionu olub. “Paris Sen-Jermen” komandası son turda “Brest” klubundan 2:0 hesabı ilə üstün olsa da, bu paytaxt təmsilçilərə çempion olmağa kifayət etməyib. |
|
Xəbər 417 dəfə oxundu. |
|
|