Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir
Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar. Sonuncu yarış günündə gimnastlar müxtəlif proqramlar üzrə final yarışında çıxış edirlər.

Azərbaycan final mərhələsində qadınların fərdi yarışında Məryəm Topçubaşeva və Sara Əlixanlı, Aliyə İsmayılova, Sənəm Kazımovadan ibarət komanda ilə üçlüklərin, M.Topçubaşeva, Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova və Aylin Əliyevadan ibarət kollektiv ilə qrup yarışında təmsil olunacaq. Finalçılarımız 12-14 yaş kateqoriyasında çıxış edirlər.


Xəbər 438 dəfə oxundu.