Bu gün Azərbaycan şahmatçısı Cəbəllütariq Qran-Prisində mübarizəyə başlayacaq
Mayın 22-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin sonuncu mərhələsinin birinci turuna start veriləcək.

Yarışda Azərbaycanı təmsil edən Günay Məmmədzadə birinci turda bolqarıstanlı Antoaneta Stefanova ilə qarşılaşacaq.

On bir turdan ibarət turnirdə dünyanın ən güclü 12 qadın şahmatçısı mübarizə aparır. Belə ki, G.Məmmədzadə sonrakı oyunlarda rusiyalı Alina Kaşlinskaya, Valentina Qunina, Katerina Laqno, rumıniyalı İrina Bulmaqa, qazaxıstanlı Dinara Saduakassova, Jansaya Abdumalik, ukraynalı Mariya Muzıçuk, Anna Muzıçuk, gürcüstanlı Nana Dzaqnidze, almaniyalı Elisabet Paets ilə görüşəcək.

Turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 393 dəfə oxundu.