"Sabah” üç futbolçusu ilə yollarını ayırıb | |
Bakının “Sabah” klubunun rəhbərliyi müqavilə müddəti bitən üç futbolçu ilə yollarını ayırıb. Bunlar qapıçı Alvaro Vilyete, müdafiəçi Məhəmməd Mirzəbəyov və hücumçu Amadu Diallodur. Oyunçuların hər birinə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb. Qeyd edək ki, Məhəmməd Mirzəbəyov və Amadu Diallo 2019-cu ilin iyunundan "Sabah" formasını geyinirdi. Alvaro Vilyete isə 2020-ci ilin sentyabrında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü. |
|
Xəbər 418 dəfə oxundu. |
|
|