FHN-in Tokio Paralimpiadasına vəsiqə qazanan əməkdaşı ilə görüş keçirilib | |
![]() Görüşdə idmançının dördilliyin zirvə yarışa vəsiqə qazanmasının Azərbaycanda paralimpiya hərəkatının inkişafının göstəricisi olduğu vurğulanıb. F.Musayev qazandığı nailiyyət münasibətilə idmançıya təbriklərini çatdırıb, qiymətli hədiyyələr təqdim edib. Xatırladaq ki, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı, ikiqat dünya, dördqat Avropa çempionu, Prezident mükafatçısı Aynur Məmmədova mayın 7-9-da Bolqarıstanın paytaxtı Sofiyada keçirilən parataekvondo üzrə Avropa təsnifat turnirində yüksək nəticə göstərək qızıl medal qazanıb. İdmançımız 15 ölkədən 25-dən çox idmançının mübarizə apardığı turnirdə +58 kiloqram çəki dərəcəsində bütün qarşılaşmalarda qalib gəlib. O, gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə rəqibini qızıl xalla məğlub edib. A.Məmmədova turnirin qalibi olmaqla, avqustun 24-dən sentyabrın 5-dək Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb. |
|
Xəbər 392 dəfə oxundu. |
|
|