Cüdoçularımız dünya çempionatında mübarizə aparacaqlar
İyunun 6-dan 13-dək Macarıstanda cüdo üzrə dünya çempionatı keçiriləcək.

Budapeşt şəhərində təşkil ediləcək lisenziya xarakterli yarışda Azərbaycanın 13 cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, kişilər arasında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Xəbər 444 dəfə oxundu.