Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstan yığması ilə qarşılaşıb | |
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız mayın 9-da Yunanıstan millisi ilə qarşılaşıb. Görüş Yunanıstan yığmasının 3:0 (25:21, 25:19, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz “F” qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan komandaları ilə birgə yer alıb. Yunanıstan millisi 8 xalla qrupda birinci pillədə yer alıb. Monteneqro 4 xalla ikinci, Azərbaycan isə 3 xalla üçüncü yerdə qərarlaşıblar. Gürcüstan seçməsinin isə xalı yoxdur. İkinci dövrənin oyunları Monteneqroda təşkil olunacaq. |
|
Xəbər 414 dəfə oxundu. |
|
|