Azərbaycan para-taekvondoçuları Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar | |
Para-taekvondoçu İmaməddin Xəlilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazanıb. Bu qələbə sayəsində İmaməddin Xəlilov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa vəsiqəyə sahib olub. Beləliklə, Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 13 lisenziya (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvondo – 4) qazanıblar. Azərbaycan para-taekvondoçuları turnirdə uğurlu nəticə göstərərək “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştiraklarını təmin ediblər. Qeyd edək ki, para-taekvondo idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb |
|
Xəbər 408 dəfə oxundu. |
|
|