Şahmatçılar arasında keçirilən ikinci beynəlxalq “Təhsil” kuboku yarışına yekun vurulub
On yeddi yaşadək şahmatçılar arasında ikinci beynəlxalq “Təhsil” kuboku yarışı keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən turnirdə 24 ölkədən 190 şahmatçı iştirak edib. Onlayn keçirilən yarışın finalında Azərbaycanın 12 şahmatçısı mübarizə aparıb.

Yekun nəticələrə görə, özbəkistanlı Javoxir Sindarov 8 xalla birinci yeri tutub. Azərbaycan təmsilçisi Xəzər Babazadə 7,5 xalla ikinci pillədə qərarlaşıb. Hindistanlı Raunak Sadhvani isə 7 xalla üçüncü yerə sahib olub.

Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilib.

Yarışın təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların təcrübələrinin artırılmasından ibarətdir.

Xəbər 462 dəfə oxundu.