Azərbaycan Olimpiya millisi bu gün növbəti medalını qazana bilər | |
Azərbaycan Olimpiya millisi bu gün növbəti medalını qazana bilər. İdman.com.az saytının məlumatına görə, bu uğuru cüdo yarışlarında tatamiyə çıxacaq Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və Ramilə Yusubovadan (63 kq) gözləməyə dəyər. Kişilər 81 kq Londona ikinci dəfə Olimpiya çempionu olmaq üçün yollanan Məmmədli adını idman tariximizə yazdırmaq istəyindədir. O, bu arzusunu həyata keçirmək üçün mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Elnur Bakı vaxtı ilə saat 13:30-da kanadalı Antuan Val-Forte ilə qarşılaşacaq. İdmançımız rəqibini məğlub edəcəyi halda növbəti mərhələdə onu yerli – böyük britaniyalı Euan Barton gözləyir. Qadınlar 63 kq Məmmədlidən 14 dəqiqə sonra tatamiyə Ramilə Yusubova çıxacaq. Dünya çempionatının mükafatçısının Olimpiadada debütü 1/16 finala təsadüf edəcək. O, türkmənistanlı Gülnar Haytbayeva ilə güləşəcək. Həmyerlimiz mərhələ adlayarsa, daha güclü cənubi koreyalı Da-Vun Younqla üz-üzə gələcək. Qeyd edək ki, Londonda 8 idmançımızdan 4-ü artıq çıxışını mükafatsız başa vurub. |
|
Xəbər 1321 dəfə oxundu. |
|
|