Zöhrə Ağamirova: Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları hər zaman gözəllik və zəriflik bayramıdır | |
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları hər zaman gözəllik və zəriflik bayramıdır. Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bunu millimizin üzvü, Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəylliyi Oyunlarının qalibi Zöhrə Ağamirova deyib. O, dünya kuboku yarışları ərəfəsində gündə 7-8 saat məşq etdiyini deyib: "Fikrimcə, yaxşı hazırlaşmışam, dörd hərəkətin hər birini səhvsiz yerinə yetirərək finala çıxmağa çalışacağam. Mənim bütün hərəkətlər üzrə maraqlı proqramım var". Gimnast əlavə edib ki, Bakıda dünya kuboku yarışlarının keçirilməsinə icazə verilməsi xəbərini sevinclə qarşıladım. Yarışları xüsusi həyəcanla gözləyirəm. Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları hər zaman gözəllik və zəriflik bayramıdır". Qeyd edək ki, mayın 7-9-da keçiriləcək dünya kuboku yarışlarında 35 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 61 gimnast mübarizə aparacaq. |
|
Xəbər 473 dəfə oxundu. |
|
|