Voleybolçumuz Marqarita Əzizova Belarusun “Minçanka” klubundan ayrılıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizova Belarusun “Minçanka” klubundan ayrılıb.

Bunu Minsk təmsilçisinin sosial şəbəkədəki səhifəsi açıqlayıb.

Bir il əvvəl bu klubla anlaşan voleybolçunun müqaviləsi başa çatıb. Diaqonal oyunçusu yeni klub axtarışına başlayıb.

Qeyd edək ki, 2012-2017-ci illərdə “Telekom”da oynamış hücumçu Azərbaycan çempionatlarının qızıl və gümüş mükafatçısıdır. O, Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.

Xəbər 466 dəfə oxundu.