“Qarabağ”ın legioneri İspaniya klubuna keçə bilər | |
“Qarabağ” klubu futbolçusu Kvabena Ovusunu icarəyə verə bilər. Qanalı hücumçuya İspaniyadan yeni təklif gəlib. Hələlik adı açıqlanmayan Sequnda təmsilçisi afrikalı legioneri icarəyə götürmək istəyir. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə futbolçunun gələcək taleyi ilə bağlı son qərarını verməyib. Ancaq ispanlardan gələn təklif cəlbedici olarsa, Ovusunun mövsümün sonunda icarəyə verilməsi istisna deyil. Qeyd edək ki, “Qarabağ”a 2020-ci ilin yanvarında gələn qanalı legioner 3 il yarımlıq müqaviləyə imza atıb. |
|
Xəbər 429 dəfə oxundu. |
|
|