Karate1 Premyer Liqa turniri: Kata komandamız bürünc medal uğrunda mübarizə aparacaq
Aprelin 30-da Portuqaliyanın paytaxtı Lissabonda start götürən və Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer Liqa turniri davam edir.

Kata komandamız yarışda uğurla çıxış edərək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Komandamız üçüncü yer uğrunda Misir karateçiləri ilə mübarizə aparacaq. Görüşlər mayın 2-də baş tutacaq.

Mötəbər yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 15 idmançıdan ibarət heyət qatılıb. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edirlər.

Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Turnir mayın 2-dək davam edəcək.

Xəbər 442 dəfə oxundu.