“Borussiya”nın futbolçusu karyerasını bitirib
Futbol üzrə Polşa millisinin sabiq üzvü, hazırda Almaniyanın “Borussiya” (Dortmund) klubunda forma geyinən Lukaş Pişek karyerasını başa vurub.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Polşalı müdafiəçi 35 yaşında futbolla vidalaşıb. Təcrübəli oyunçu, əslində, karyerasını ötən mövsüm bitirmək istəsə də, sonradan klubun 1 illik yeni müqavilə təklifini qəbul etmişdi. O, bu mövsüm Bundesliqada cəmi 9 oyunda iştirak edib.

Qeyd edək ki, Polşa millisinin heyətində 66 oyun keçirmiş Pişek 3 qol vurub. O, 2010-cu ildən “Borussiya”nın uğurları üçün çalışıb.

Xəbər 728 dəfə oxundu.