Formula 1 cari mövsüm 3 sprint yarışının keçiriləcəyini təsdiqləyib | |
Formula 1 cari mövsüm dünya çempionatı çərçivəsində 3 sprint yarışının keçiriləcəyini təsdiqləyib. Sprint yarışları Silverstoun (Böyük Britaniya), Montsa (İtaliya) və San-Pauluda (Braziliya) təşkil olunacaq. Yarış həftəsonunun cümə günündə sərbəst yürüşlərdən sonra ənənəvi təsnifat yarışları baş tutacaq ki, bu da sprintin start düzülüşünü müəyyənləşdirəcək. Şənbə günü keçiriləcək sprint yarışının nəticələrinə görə Qran-Prinin start düzülüşü bəlli olacaq. Sprint yarışlarında ilk üç yeri tutacaq pilotlara xallar veriləcək. Birinci yerin sahibi 3, digər pillələrdə qərarlaşanlar isə müvafiq olaraq 2 və 1 xal qazanacaqlar. Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq. |
|
Xəbər 401 dəfə oxundu. |
|
|