Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb
“Liverpul”un futbolçusu Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Milner “Nyukasl”la qarşılaşmaya (1:1) sonradan çıxıb. Yarımmüdafiəçi Premyer Liqada 159-cu dəfə matça ehtiyatdan daxil olub. Bu, turnirin tarixində mütləq rekorddur.

Milner Piter Krauça məxsus göstəricini arxada qoyub. O, 158 dəfə meydana sonradan daxil olmağı bacarıb.


Xəbər 444 dəfə oxundu.