Formula 1 komandalarından birinin adı dəyişdiriləcək | |
Formula 1 komandalarından biri 2021-ci il mövsümünün sonunda rebrendinq həyata keçirəcək. Formula 1 komandalarından biri 2022-ci il mövsümünün başlanğıcı ərəfəsində əhəmiyyətli bir rebrendinq planlaşdırır. Ad dəyişikliyinin də rebrendinqə daxil edilməsi ehtimalı böyükdür. Qeyd edək ki, 2021-ci il mövsümünün əvvəlində “Racing Point” (“Aston Martin”) və “Renault”un (“Alpine”) adları dəyişdirilib. Qalan komandalar arasında “Alfa Romeo” rebrendinq üçün ən çox ehtimal olunan namizəd kimi görünür. Komanda faktiki olaraq İtaliya istehsalçısının baş sponsoru olduğu özəl “Sauber”in komandasıdır. Tərəflər arasındakı müqavilə keçən il bir mövsüm uzadılıb. |
|
Xəbər 407 dəfə oxundu. |
|
|