Bakıda keçiriləcək dünya kuboku yarışları üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edəcəklər.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da medallar uğrunda mübarizə aparacaq.

Turnirdə 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.

Xəbər 406 dəfə oxundu.