Tərlan Kərimovdan uğur gələcəkmi? | |
London Yay olimpiya oyunlarının 2-ci günü Azərbaycan millisinin daha bir cüdoçusu Tərlan Kərimov (66 kq) tatamiyə çıxacaq. İdman.com.az saytının məlumatına görə, ilk mərhələdən azad olan həmyerlimiz 1/16 finalda rusiyalı Musa Moquşkovla qarşılaşacaq. Həmyerlimiz Bakı vaxtı ilə saat 14:12-də başlayacaq görüşdə qalib gələcəyi halda, növbəti mərhələdə Əhməd Avad (Misir) – Humayd Alderey (BƏƏ) cütünün qalibi ilə güləşəcək. Qeyd edək ki, olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub. |
|
Xəbər 1866 dəfə oxundu. |
|
|