Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında mübarizəyə başlayır | |
Bu gün Monteneqronun Nikşiç şəhərində şahmat üzrə “Vladimir Bato Kontiç” memorialı start götürür. Turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı da iştirak edəcək. Şahmatçımızın birinci turda rəqibi yerli idmançı Aleksandar Tomic olacaq. Yarış İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edəcək. |
|
Xəbər 422 dəfə oxundu. |
|
|