Makqreqorla Porye iyulun 10-da üçüncü dəfə qarşılaşacaq | |
Konor Makqreqorla Dastin Porye arasında UFC-də 3-cü döyüşün keçiriləcəyi elan edilib. Görüş iyulun 10-da Las-Veqasda təşkil olunacaq. Döyüşün baş tutacağı “T-Mobile” arenasına 20 min azarkeşin buraxılacağı gözlənilir. Bu, tərəflər arasında 3-cü döyüş olacaq. İrlandiyalı ilə kanadalı idmançı ilk dəfə 2014-cü ildə üz-üzə gəlib və Konor rəqibini 1-ci raundda nokautla məğlub etmişdi. Bu ilin yanvarında keçirilən ikinci görüşdə isə Porye Makqreqoru 2-ci raundda təslim olmağa vadar etmişdi. Maraqlıdır ki, aprelin 12-də mətbuata açıqlama verən Konor Dastinlə döyüşməyəcəyini söyləmişdi. Xatırladaq ki, 32 yaşlı Makqreqor bu günə qədər keçirdiyi görüşlərdə 22 qələbə qazanıb və 5 dəfə məğlub olub. Onunla yaşıd olan Porye isə 27 qarşılaşmada qalib gəlib, 6-sında isə uduzub. |
|
Xəbər 416 dəfə oxundu. |
|
|