Prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gedib
İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gediblər.
Londonun “Stansted” hava limanında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

AzərTAc

Xəbər 1338 dəfə oxundu.