“Driblinq şou” yarışının qalibləri məlum olub
“Avro-2020” Könüllülər Proqramı çərçivəsində təşkil olunan “Driblinq şou” yarışının qalibləri məlum olub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, yarışda 97 könüllü iştirak edib.

Finalın münsif qonağı Nüqzar Kvirtiya tərəfindən ən yaxşı 3 iştirakçı seçilib və mükafatlandırılıb.

Harun Hacıyev bütün rəqiblərini qabaqlayaraq birinci olub. Amin Rzayev yarışı ikinci, Ümid Mahmudov isə üçüncü pillədə başa vurublar.

Final mərhələsinə vəsiqə qazanan iştirakçılar Bakı Olimpiya Stadionunda öz driblinqlərini Nüqzar Kvirtiya ilə birgə yenidən təkrarlayıb.

Qaliblərə hədiyyələr AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə tərəfindən təqdim edilib.

Xəbər 458 dəfə oxundu.