“Sabah” klubu futbolçusu Tiemoko Fofana ilə müqavilə imzalayıb | |
Bakının “Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib. Bakı təmsilçisi Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlib. Afrikalı forvardla üçillik müqavilə imzalanıb. Kot`d İvuardan olan futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb. Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb. |
|
Xəbər 289 dəfə oxundu. |
|
|