Azərbaycan şpaqaçıları dünya birinciliyində gənclərin komanda yarışında çıxış ediblər | |
Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya birinciliyinin sonuncu günündə gənc şpaqaçıların komanda yarışı keçirilib. Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız Kolumbiya şpaqaçılarına 25:45 hesabı ilə uduzub. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv isə Argentina komandasına 42:45 hesabı ilə məğlub olub. Qeyd edək ki, bu yarışda sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova birinci dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında yarışda bürünc medal qazanıb. |
|
Xəbər 461 dəfə oxundu. |
|
|