Gənc sablyaçılarımız dünya birinciliyində on üçüncü olublar | |
Misirin paytaxtı Qahirədə keçirilən dünya birinciliyində gənclər arasında sablya üzrə komanda yarışında qaliblər müəyyənləşib. Murad Əkbərov, Saleh Məmmədov və Maqsud Hüseynlidən ibarət komandamız ilk görüşündə Braziliya komandasına 45:39 hesabı ilə qalib gəlib. Ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Ukraynanı təmsil edən kollektivə 39:45 hesabı ilə uduzan kişi sablyaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşdə hindistanlı rəqiblərinə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 44:45 hesabı ilə məğlub olublar. 13-14-cü yerlər uğrunda keçirilən görüşdə Qazaxıstan (45:37), ardınca Honkonqa (45:42) qalib gələn komandamız yekunda turniri 13-cü sırada başa vurub. |
|
Xəbər 418 dəfə oxundu. |
|
|