Sinxron üzgüçülük üzrə Olimpiya seçmə turniri təxirə salınıb
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) sinxron üzgüçülük üzrə Olimpiya seçmə turnirinin təxirə salınmasına qərar verib.

Bu barədə qurumun saytında məlumat verilib. Turnirin mayın 1-4-də Tokioda keçirilməsi planlaşdırılırdı. Təşkilat yarışın başqa ölkədə təşkili variantını nəzərdən keçirir. Bununla bağlı qərar bir həftə ərzində açıqlanacaq.

Qeyd edək ki, bundan əvvəl FINA Yaponiyanın Fukuoka şəhərində keçirilməsi planlaşdırılan açıq hovuzda üzgüçülük üzrə Olimpiya seçmə mərhələsini və suya tullanma üzrə dünya kubokunu təxirə salıb.

Xəbər 582 dəfə oxundu.