2022-ci ildə Çində keçiriləcək Qış Olimpiya Oyunları üçün test yarışları başlayıb
2022-ci ildə Çində keçiriləcək Qış Olimpiya Oyunları üçün test yarışları başlayıb.

“Pekin-2022”nin təşkilat komitəsi 10 gündə beş idman obyektində yeddi yarış keçirəcək. Turnirlər aprelin 1-dən 10-dək davam edəcək.

Bu turnirlər çərçivəsində yarışın təşkilatçılıq səviyyəsini, obyektlərin işini, könüllülərin fəaliyyətini və təhlükəsizliyi yoxlamaq planlaşdırılır.

Həmçinin arenalarda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və məşqçilərin, işçilərin və idmançıların sağlamlığını qorumaq, ictimai yerləri dezinfeksiya etmək üçün ciddi tədbirlər görüləcək.

Qarşıdan gələn qışda Çində şort trek, fiqurlu konkisürmə, sürətlə konkisürmə, bobley və skeleton idman növləri üzrə məşq həftələri və beynəlxalq yarışlar keçirilməlidir. Bu siyahıya digər idman növləri də əlavə edilə bilər.

Xəbər 442 dəfə oxundu.