On səkkiz yaşadək atletlər arasında Avropa çempionatı ləğv olunub | |
Avropa Atletika Federasiyası İtaliyanın Rieti şəhərində keçirilməsi nəzərdə tutulan 18 yaşadək idmançılar arasında Avropa çempionatının ləğv edilməsini elan edib. Avqustun 26-dan 29-dək keçirilməsi nəzərdə tutulan yarış pandemiya səbəbindən ləğv edilib. Qeyd edək ki, çempionatda Azərbaycan yığma komandası da mübarizə aparacaqdı. |
|
Xəbər 497 dəfə oxundu. |
|
|