Dünya çempionatının seçmə mərhələsində III tura yekun vurulub | |
Martın 31-də dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulub. Turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçirilib. "B” qrupunda İspaniya millisi öz meydanında Kosovonı seçməsini məğlub edib - 3:1. Yunanıstan yığması və Gürcüstanı millisinin arasında oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1. Gecənin ən gözlənilməz hesabı “J” qrupunda qeydə alınıb. Almaniya millisi öz meydanında Şimali Makedoniyaya 2:1 hesabı ilə məğlub olub. Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: B qrupu Yunanıstan - Gürcüstan - 1:1; İspaniya - Kosovo - 3:1. Xal durumu: İspaniya - 7, İsveç - 6, Yunanıstan - 2, Gürcüstan - 1, Kosovo - 0. C qrupu Litva - İtaliya - 0:2; Şimali İrlandiya - Bolqarıstan - 0:0. Xal durumu: İtaliya - 9, İsveçrə - 6, Şimali İrlandiya - 1, Bolqarıstan - 1, Litva - 0. D qrupu Bosniya və Herseqovina - Fransa - 0:1; Ukrayna - Qazaxıstan - 1:1. Xal durumu: Fransa - 7, Ukrayna - 3, Finlandiya - 2, Bosniya və Herseqovina - 1, Qazaxıstan - 0. F qrupu Şotlandiya - Farer adaları - 4:0; Avstriya - Danimarka - 0:4; Moldova - İsrail - 1:4. Xal durumu: Danimarka - 9, Şotlandiya - 5, Avstriya - 4, İsrail - 4, Farer adaları - 1, Moldova - 1. I qrupu San Marino - Albaniya - 0:2; Andorra - Macarıstan - 1:4; İngiltərə - Polşa - 2:1. Xal durumu: İngiltərə - 9, Macarıstan - 7, Albaniya - 6, Polşa - 4, Andorra - 0, San Marino - 0. J qrupu Ermənistan - Rumıniya - 3:2; Lixtenşteyn - İslandiya - 1:4; Almaniya - Şimali Makedoniya - 1:2. Xal durumu: Ermənistan - 9, Almaniya - 6, Şimali Makedoniya - 6, Rumıniya - 3, İslandiya - 3, Lixtenşteyn - 0. |
|
Xəbər 668 dəfə oxundu. |
|
|