On səkkiz yaşadək şahmatçılar arasında onlayn “Zəfər kuboku” yarışı keçiriləcək | |
Aprelin 14-də 18 yaşadək Bakı və Sumqayıt şahmatçıları arasında onlayn “Zəfər kuboku” yarışı keçiriləcək. Turnir www.chess.com şahmat portalı üzərindən təşkil olunacaq. Yarış nəzarət vaxtı 3 dəqiqə və hər gedişə 2 saniyə olmaqla, İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. Yarışda oğlanlar və qızlar arasında ilk 3 yeri tutan şahmatçılara Bakı və Sumqayıt Şəhər Gənclər və İdman Baş idarələri tərəfindən hədiyyələr, medallar və diplomlar təqdim ediləcək. Əlavə olaraq yarışın qalibi kubokla mükafatlandırılacaq. |
|
Xəbər 402 dəfə oxundu. |
|
|