Basketbolçularımız Türkiyədə təlim-məşq toplanışında iştirak edəcəklər | |
Aprelin 5-19-da kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyədə təlim-məşq toplanışı olacaq. Baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında millimiz İzmir şəhərində hazırlıq keçəcək. Millimizin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunlarının keçirilməsi planlaşdırılır. Təlim-məşq toplanışı 3x3 basketbol üzrə Avropa çempionatının təsnifat mərhələsinə və Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyacaq. |
|
Xəbər 470 dəfə oxundu. |
|
|